Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dəniz akvatoriyasında mülki gəmilərə qarşı hücumlarla bağlı mövqeyini açıqlayıb. Səfirlərin XVI konfransında çıxış edən Ərdoğan bildirib ki, Ankara bu cür hücumlarla əlaqədar Rusiya və Ukraynanı xəbərdar edib.
Türkiyə liderinin sözlərinə görə, ticarət və mülki gəmilərə endirilən zərbələr tərəflərdən heç birinə fayda gətirmir.
Ərdoğan vurğulayıb ki, Türkiyə açıq və ardıcıl şəkildə hər iki tərəfi bu cür addımlardan çəkinməyə çağırır.

