Türkiyə prezidenti Rəcəp Tayyip Ədoğanİran tərəfindən buraxılan ballistik raketin Türkiyə hava məkanında zərərsizləşdirilməsi ilə bağlı açıqlama verib.
Prezident bu barədə hərbçilərlə keçirilən iftar mərasimində danışıb.
“Regionumuzun çətin günlər yaşadığı bir vaxtda biz heç vaxt hadisələri təsadüfə buraxmırıq. Bu gün baş verən hadisədə olduğu kimi, NATO üzrə müttəfiqlərimizlə sıx məsləhətləşmələr aparır, bütün zəruri tədbirləri görür və lazım lan müdaxiləni dərhal həyata keçiririk. Həmçinin belə hadisələrin təkrar olunmaması üçün xəbərdarlıqlarımızı mümkün qədər açıq şəkildə çatdırırıq”, — deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Məlumata görə, İran ərazisindən buraxılan və İraq ilə Suriya hava məkanından keçən ballistik raket Türkiyə istiqamətində hərəkət etdiyi müəyyən edildikdən sonra Şərqi Aralıq dənizində yerləşən NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

