Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fars körfəzi ölkələrini əhatə edən üçgünlük səfərinə Küveytdən başlayıb. Səfər çərçivəsində o, həmçinin Qətər və Oman ölkələrinə də baş çəkəcək.
Denmedia.az xəbər verir ki, TRT Haber-in məlumatına görə, Ərdoğanı Küveyt hava limanında əmiri Məşal əl-Əhməd əl-Cabir əs-Sabah qarşılayıb. Rəsmi qarşılama mərasimindən sonra iki ölkə nümayəndə heyətləri arasında danışıqlar keçirilib.
Görüşdə əsas müzakirə mövzuları iqtisadi və siyasi münasibətlərin inkişafı, enerji sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri olub.
Küveyt səfərindən sonra Ərdoğan Dohaya və Maskata yollanacaq, burada Qətər və Oman rəhbərləri ilə görüşlər planlaşdırılıb.