İran nümayəndələri ABŞ ilə aprelin 22-də İslamabad şəhərində planlaşdırılan danışıqlarda iştirakdan imtina ediblər.
Bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.
Tehran nümayəndələri Amerika tərəfinə Pakistan vasitəçisi ilə danışıqlarda iştirak etməyəcəklərini bildiriblər.
Məlumata görə, bu qərar qətidir.
Agentlik yazır ki, İran hakimiyyəti danışıqlarda iştirakını mənasız hesab edir, çünki “ABŞ hər hansı məntiqli razılaşmanın əldə olunmasına mane olur.”

