İran tərəfi Pakistanda keçirilən danışıqlarda ABŞ-ın təklif etdiyi şərtlərlə razılaşmayıb, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib.
Biz ABŞ-a razılıq əldə etmədən qayıdırıq, — deyə o, İslamabadda jurnalistlərə açıqlamasında bildirib.
Vensin sözlərinə görə, ABŞ danışıqlarda “qırmızı xətləri”, hansı məsələlərdə güzəştə gedə biləcəklərini və hansı mövzularda geri çəkilməyəcəklərini açıq şəkildə izah edib.
Onlar bizim şərtlərlə razılaşmamaq qərarı verdilər, — deyə Vens yekunlaşdırıb.

