ABŞ ilə danışıqlarda İran nümayəndə heyəti uranın zənginləşdirilməsini dayandırmağa hazır olduğunu bildirib. Bu barədə The Wall Street Journal yazır.
Məlumata görə, Tehran zənginləşdirmə prosesini üç ilədək müddətə dayandırmağı, həmçinin uran ehtiyatlarının bir hissəsini başqa ölkəyə, məsələn, Rusiyaya ötürməyi mümkün hesab edir. İran tərəfi ABŞ-la işgüzar münasibətlərin başlanmasına da hazır olduğunu təsdiqləyib.
Görüş fevralın 17-də Cenevrədə keçirilib. Həmin gün İran nümayəndələri Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Grossi ilə də görüşüblər.

