İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Vaşinqtonun Tehrana qarşı məhdudiyyətləri artırması diplomatik prosesə ciddi zərbə vurur. Bu barədə o, Pakistanın baş naziri Şahbaz Şərif ilə söhbətində deyib.
“İrana qarşı məhdudiyyətlərin gücləndirilməsi danışıqlar üçün vacib olan etimadı sarsıdır.”
Pezeşkian həmçinin qeyd edib ki, mövcud danışıqlar “yeni hücum üçün pərdə”yə çevrilə bilər.
Onun sözlərinə görə, proses yalnız ABŞ təhdid və təzyiqdən imtina edib dialoqu qarşılıqlı hörmət prinsipləri üzərində qurarsa uğurlu ola bilər.

