ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya yeni hücumlar baş verəcəyi təqdirdə yardımdan imtina edilə biləcəyi barədə xəbərdarlıq edib. Bu barədə N12 telekanalı məlumat yayıb.
Söhbət zamanı Tramp İsrailin baş nazirinə gərginliyin daha da artırılmasının mümkün nəticələrini xatırladıb.
ABŞ və İsrail arasında vasitəçilik edən ölkələr də Trampa müraciət ediblər. Onlar Ağ Evdən Netanyahuya təzyiq göstərməyi xahiş ediblər. Trampın sözlərinə görə, belə ölkələrin sayı beş olub.

