İranın xarici işlər naziri Abbas Arakçi bildirib ki, İsrailin son hücumları ABŞ Prezidenti Donald Trampın verdiyi vədlərin pozulmasıdır. O, bu barədə X sosial şəbəkəsində yazıb.
Nazirin sözlərinə görə, İsrail İranda iki iri polad zavoduna, elektrik stansiyasına, mülki nüvə obyektlərinə və digər infrastruktur sahələrinə zərbələr endirib.
“Bu hücum ABŞ prezidentinin diplomatik təmaslar üçün verdiyi müddətin uzadılması ilə ziddiyyət təşkil edir”
Arakçi vurğulayıb ki, hücumlar ABŞ ilə koordinasiya şəraitində həyata keçirilib və buna ciddi cavab veriləcək.
Xatırladaq ki, Donald Tramp daha əvvəl İrana qarşı enerji obyektlərinə zərbələrin 6 aprel 2026-cı ilədək dayandırıldığını açıqlamışdı. Onun sözlərinə görə, bu addım İranla davam edən danışıqlar fonunda atılıb.

