arselonada məşhur Saqrada Familia bazilikasının əsas qülləsi istifadəyə verilib.
Yeni tamamlanan İsa Məsih qülləsinin hündürlüyü 172,5 metrə çatıb. Bununla da Antoni Qaudi tərəfindən layihələndirilən bazilika dünyanın ən hündür kilsəsi statusunu qazanıb.
Reuters-in məlumatına görə, qüllə Papa XIV Leo tərəfindən xeyir-dualandırılıb. Mərasim Antoni Qaudinin ölümünün 100-cü ildönümü ilə eyni dövrə təsadüf edib.
Saqrada Familia üzərində tikinti işləri 1882-ci ildə başlayıb. Qaudi layihəyə 1883-cü ildə qoşulub və bazilikanı Kataloniya modernizminin ən tanınmış simvollarından birinə çevirib.

Memarın ölümündən sonra tikinti müxtəlif dövrlərdə fasilələrlə davam etdirilib. Layihə İspaniya vətəndaş müharibəsi, maliyyə çətinlikləri və COVID-19 pandemiyası kimi səbəblərdən bir neçə dəfə ləngiyib.
Yeni qüllənin tamamlanması bazilikanın tikintisində tarixi mərhələ hesab olunur. Bununla belə, Saqrada Familia hələ tam başa çatmayıb. Reuters-in məlumatına görə, kompleksin tam yekunlaşdırılmasının 2035-ci ilə qədər davam edə biləcəyi bildirilir.

Saqrada Familia hazırda təkcə dini məkan deyil, həm də Barselonanın ən mühüm memarlıq simvollarından və dünyanın ən çox ziyarət edilən turistik məkanlarından biri sayılır.

