Tehran və İranın digər şəhərlərində ABŞ-la İran arasında planlaşdırılan mümkün razılaşmaya qarşı kütləvi etiraz aksiyaları başlayıb.
Etirazçılar İranın xarici işlər naziri Abbas Araqçinin və parlament sədri Məhəmməd Baqir Qalibafın istefasını tələb edirlər.
Aksiya iştirakçıları onları milli maraqlara xəyanətdə və “xalqdan gizli şəkildə suverenliyin alverinə getməkdə” ittiham edirlər.
Nümayişlər zamanı Araqçi və Qalibaf əleyhinə sərt şüarlar səsləndirilib.
Etirazçılar “Araqçiyə ölüm, vicdansız güzəştçi!” “Araqçi, utan; Amerikaya güzəştə getməyi dayandır!”, “Qalibaf, Araqçi, istefa verin!” kimi şüarlar səsləndiriblər.
Məlumata görə, narazılıqların əsas səbəbi ABŞ və İran arasında mümkün sazişin ölkənin siyasi və təhlükəsizlik maraqlarına zidd ola biləcəyi ilə bağlı iddialardır.

