İranın həlak olmuş ali lideri Əli Xameneinin dəfn mərasimi onun doğulduğu Məşhəd şəhərində başa çatıb. Onun cənazəsi İmam Rza məqbərəsində torpağa tapşırılıb. İki il əvvəl helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi də son mənzilə məhz burada yola salınmışdı.
TASS-ın məlumatına görə, Xamenei ilə vidalaşmaq istəyənlərin sayının çox olması səbəbindən təşkilatçılar son anda matəm yürüşünün marşrutunu dəyişməli olublar. Mərhum liderin cənazəsini daşıyan kortej məqbərəyə qədər hərəkət edə bilməyib və buna görə helikopterdən istifadə olunub.
Məqbərə ərazisində Xamenei və onunla birlikdə həlak olan ailə üzvləri üçün yüz minlərlə zəvvarın iştirakı ilə cənazə namazı qılınıb. Daha sonra dəfn mərasiminin rəsmi hissəsi dar çərçivədə keçirilib və jurnalistlər həmin hissəyə buraxılmayıb.





