Bakıda ər mübahisə zamanı arvadını bıçaqlayıb.
Den.az xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.
Belə ki, 1993-cü il təvəllüdlü Rahim Səfərov ilə faktiki nikahda olduğu Mehriban Abbaszadə arasında şəxsi münasibətlərin pozulması zəminində münaqişə yaşanıb. O, mətbəx bıçağı ilə Mehriban Abbaszadənin döş qəfəsi nahiyyəsindən qəsdən bir dəfə vurub.
Faktla bağlı cinayət işi cinayət işi başlanılıb, Rahim Səfərov şübhəli şəxs qismində tutulub.