DenMedia.az APA-ya istinadla xəbər verir ki, 2011-ci il təvəllüdlü Həqiqət Nağıyeva həkimlərin səylərinə baxmayaraq, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Meyit daxili və xarici müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
***
Cəlilabadda baltalanan yeniyetmələrin vəziyyəti ağır olaraq qalır.
DenMedia.az xəbər verir ki, bu barədə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, 01.02.2026-cı il tarixində saat 17:00 radələrində 2 nəfər (1-i qadın, 1-kişi) Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin edilib.
Hər iki şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
***
Cəlilabadda əmisi tərəfindən xəsarət alanların kimliyi məlum olub.
DenMedia.az APA-ya istinadla xəbər verir ki, onlar 2012-ci il təvəllüdlü Nagıyev Hüseyn Musa oğlu, 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızıdır.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
***
Cəlilabad rayonunda 12 və 14 yaşlı uşaqlar baltadan xəsarət alıblar.
DenMedia.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini qardaşı qızı və oğluna balta ilə müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinir.
Xəsarət alan yeniyetmələr Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Hadisəsin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

