Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib,ölən və xəsarət alanlar var.
Denmedia.az-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Mercedes və VAZ 2106 markalı avtomobillərin toqquşması nəticəsində ikisi azyaşlı olmaqla 7 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.Yarlılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.Xəstəxanada həkimlərin göstərdikləri fədakarlğa baxmayaraq yaralılardan biri 2018-ci təvəllüdlü azyaşlı dünyasını dəyişib.Hadisə yerinə rayonun polis şöbəsinin əməkdaşları cəlb olunub.
DİN-nin mətbuat xidmətinin Şəki Regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki,Bu gün saat 16 radələrində Göyçay rayonunun Mırtı kəndi ərazisində “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə 6 nəfər 1998-ci il təvəllüdlü Rauf Haqverdiyev,1995-ci il təvəllüdlü Kərim Məsimov,2020-ci il təvəllüdlü Orxan Məsimov,2020-ci il təvəllüdlü Ayxan Məsimov,2000-ci il təvəllüdlü İsa Əliyev,2006-cı il təvəllüdlü Loğman Əliyev müxtəlif dərəcəli bədən xəsarəti alıb.7 yaşlı Nihat Məsimov isə aldığöı xəsarətlərdən dünyasını dəyişib.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirlib ki, 31.12.2025-ci il tarixində saat 16:20 radələrində Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 7 nəfər (kişi) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə gətirilib. Onlara bədənin müxtəlif nahiyələrinin travmaları, qapalı kəllə-beyin travması, başın təpə sümüyünün sınıqları, üzün və bədənin müxtəlif nahiyələrinin kəsilmiş, sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.Vəziyyətləri ağır qiymətləndirilən 1998-ci il, 2000-ci və 2020-ci il (2 nəfər) təvəllüdlü pasiyentlərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.1995-ci il təvəllüdlü pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti qənaətbəxş qiymətləndirilir.Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2006-cı il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb.Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 17:00 radələrində 2018-ci il təvəllüdlü şəxsin ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə təhvil verilib.Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

