Fevralın 18-də Şirvan şəhərində yerləşən, “Azərsilah” ASC-nin strukturuna daxil olan Elmi-İstehsalat Müəssisəsi “Sənayecihaz” zavodunun sexlərindən birində istehsalat qəzası baş verib.
Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.
Qurumdan bildirilib ki, hadisə nəticəsində xəsarət alan yoxdur.
Baş vermiş qəzanın səbəbləri hazırda araşdırılır.

