29 
mar
2024
19:01
145

Sumqayıtda fəhlə zavodda xəsarət alaraq ölüb - YENİLƏNİB

29 mar, 2024
19:01
145

Sumqayıtda fəhlə zavodda xəsarət alaraq ölüb - YENİLƏNİB

Sumqayıtda "Azərboruyayma" istehsalat sahəsində baş vermiş bədbəxt hadisə ilə bağlı açıqlama yayıb.

Qurumdan Den.az-a verilən açıqlamada bildirilir:

"Sumqayıt şəhərindəki Azərboru istehsalat sahəsində fəhlə işləyən 1989-cu il təvəllüdlü Elşən Rasim oğlu Hacıyev iş yerində dünyasını dəyişib.
Hazırda ölümün baş vermə səbəbləri araşdırılır. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmaya başlayıb. Daha ətraflı məlumat araşdırma bitdikdən sonra ictimaiyyətə təqdim olunacaq".

***

16:35

Sumqayıtda zavodda ölüm faktı baş verib.

Den.az xəbər verir ki, hadisə Sumqayıt Boruyayma zavodunda qeydə alınıb. Zavodda fəhlə işləyən 1989-cu il təvəllüdlü Haciyev Elşən Rasim oğlunun başına iş zamanı boru düşdüyü, onun aldığı xəsarətdən öldüyü bildirilir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar