Kolumbiyanın Putumayo departamentində baş verən C-130 Hercules hərbi-nəqliyyat təyyarəsinin qəzasi nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb. Bu barədə Caracol məlumat yayıb. Daha əvvəl 48 nəfərin öldüyü bildirilirdi.
Yenilənmiş məlumata görə, təyyarənin göyərtəsində ümumilikdə 128 hərbçi olub, onlardan 77 nəfər xəstəxanaya yerləşdirilib.
Həlak olanlar arasında:
- 58 nəfər Kolumbiya Milli Ordusunun hərbçisi
- 6 nəfər Hərbi Hava Qüvvələrinin hərbçisi
- 2 nəfər Milli Polis əməkdaşı var
Kolumbiyanın Hərbi Hava Qüvvələrinin komandanı general Karlos Fernando Silva Rueda təyyarənin hərbi heyəti daşıdığını təsdiqləyib. O bildirib ki, Puerto Leqisamo şəhərində yerləşən hərbi-dəniz bazasının mövcudluğu xilasedicilərin hadisə yerinə operativ çatmasına imkan verib.
“Yaralıların kütləvi daşınması üçün 50 xərək tutumlu sanitar təyyarə göndərdik, onun ardınca 24 xərəkli digər təyyarə də yola düşəcək,” – deyə komandan bildirib.

