Nyu-Yorkun mərkəzində, Uoll-stritdəki məşhur öküz heykəlinin yaxınlığında minik avtomobili yanaraq partlayıb.
Bu barədə New York Post məlumat yayıb.
Hadisə pik saatda baş verib. Bildirilir ki, yanğını söndürmək üçün yanğınsöndürənlər təxminən saat yarım çalışıblar.
Nəşrin məlumatına görə, Nyu-York Nəqliyyat İdarəsinə məxsus avtomobil əvvəlcə alovlanıb, daha sonra partlayaraq “od topuna” çevrilib. Hadisə məşhur Charging Bull heykəlindən bir neçə addım aralıda baş verib.
Partlayışdan sonra ərazidə olan sakinlər təşviş içində qaçmağa başlayıblar.

