Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"Ford Transit" markalı avtomobil "KamAZ" markalı yük avtomobilinin qoşqusuna çırpılıb.
Nəticədə "Ford" markalı avtomobilin sürücüsü, Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Rəşad İbrahimov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

