Braziliyanın San-Paulu ştatında ekstremal ip atlayışı zamanı 21 yaşlı qız həyatını itirib.
Bu barədə Braziliyanın G1 kanalı məlumat yayıb.
Faciəyə təşkilatçıların səhvi səbəb olub. Bildirilir ki, təşkilatçılar qıza təhlükəsizlik avadanlığını taxmağı unudublar. Onun üzərində yalnız dəbilqə olub, ip isə yerdə qalıb və qıza bağlanmayıb.
Hadisə yerində həlak olan turistin nişanlısı da olub. Baş verənlərdən sonra gəncin halı pisləşib və o, təcili xəstəxanaya yerləşdirilib.
Hadisə yerindən qaçan iki kişi helikopterin köməyi ilə meşəlik ərazidə tapılıb.
Ümumilikdə iş üzrə 6 nəfər həbs edilib. Araşdırma Limeyra şəhərinin ikinci polis dairəsinə təhvil verilib.

