Bakı-Sumqayıt yolunda, avtovağzalın yaxınlığında sərnişin avtobusunda yanğın baş verib.
Hadisə yerinə təcili yardım və digər aidiyyəti xidmətlər cəlb olunub.
Yanğının başvermə səbəbi ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb. Şahidlərin sözlərinə görə, hadisəyə kondisioner sistemində yaranmış yüklənmənin səbəb ola biləcəyi ehtimal edilir.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

