Sərnişin avtobusunu alov bürüyüb. Yanğınsöndürənlər alovun qarşısını alamöğa çalışır.
Denmedia.az xəbər verir ki, Hadisə Aberon rayonun Saray postu ətrafında 9 nömrəli sərnişin avtobusda qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan avtobusda qəfil yanğın başlayıb. Avtobus sürücüsünün verdiyi məlumata görə, yanğın anidən baş verib:“Hər şey bir anda oldu, birdən gördüm ki, avtobusun arxa hissəsini alov bürüyüb”, – deyə sürücü bildirib.
Məlumata əsasən, yanğın zamanı avtobusun salonunda sərnişin olmayıb, hadisə nəticəsində xəsarət alan yoxdur. Sürücü vaxtında nəqliyyat vasitəsini saxlayaraq ərazidən uzaqlaşıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri operativ şəkildə cəlb olunub. Yanğın qısa müddət ərzində söndürülüb və alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır. Faktla bağlı müvafiq qurumlar tərəfindən yoxlama aparılır.

