Gəncədə kişi həkimlə mübahisədən sonra poliklinika şöbəsində yanğın törətməyə cəhd edib.
DenMedia.az teleqraf-a istinadən xəbər verir ki, hadisə iyulun 7-də saat 12:00 radələrində akademik Zülfüqar Məmmədov adına Xəstəxananın poliklinika şöbəsində baş verib.
İlkin məlumata görə, müəyyən edilmiş normadan artıq dərman verilməsini tələb edən vətəndaş nevroloq-həkimlə mübahisə edib.
Mübahisədən sonra kişi özü ilə gətirdiyi tezalışan mayedən istifadə edərək otağı yandırmağa çalışıb. Lakin vaxtında müdaxilə nəticəsində hadisənin qarşısı alınıb.
İnsident zamanı xəsarət alan olmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Faktla bağlı araşdırma aparılır.

