"Real Madrid"də çıxış edən Arda Güler barədə yeni iddia irəli sürülüb.
Den.az xəbər verir ki, "Nyukasl Yunayted" Ardanı heyətə cəlb etmək istəyir. “The Telegraph” qəzetindəki xəbərə görə, gələn mövsüm UEFA Çempionlar Liqasında çıxış edəcək "Nyukasl Yunayted" Ardanı icarə əsasında transfer etməkdə maraqlıdır. Xəbərdə deyilir ki, klub 3-4 ulduz futbolçunu heyətə cəlb etmək istəyir. Xabi Alonsonu komandaya gətirən ispan nəhənginin Ardanı klubdan göndərib-göndərməyəcəyi maraq doğurur.
Ulduz futbolçunun Premyer Liqada oynamaq şansının aşağı olmadığı da vurğulanıb.