“Neftçi”nin qadın futbolçulardan ibarət komandasının Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
“Den.az” xəbər verir ki, yarımfinal və final görüşlərindən ibarət olacaq 1-ci təsnifatın püşkatma mərasimi bu gün İsveçrənin Nyon şəhərində keçirilib.
Püşkün nəticələrinə əsasən, “Neftçi” 4-cü qrupda yarımfinalda Türkiyə “Fomget”i ilə qarşılaşacaq.
Birinci təsnifat mərhələsinin yarımfinal matçları iyulun 30-da, final görüşləri isə avqustun 3-də oynanılacaq.
Əgər Bakı klubu Ankara təmsilçisini mübarizədən kənarlaşdırarsa, finalda İsrail “Kiryat”ı ilə üz-üzə gələcək. “Neftçi”nin ilk matçı səfərdə olacaq.