avq
2023
18:30
246

Klublarımızın pley-offdakı potensial rəqibləri bəlli oldu

7 avq, 2023
18:30
246

Klublarımızın pley-offdakı potensial rəqibləri bəlli oldu

Azərbaycan klublarının UEFA Konfrans Liqasının pley-off mərhələsində potensial rəqibləri bəlli olub.

Den.az” xəbər verir ki, qitə futbol qurumunun təşkil etdiyi püşkatma zamanı “Neftçi” və “Sabah”ın mümkün rəqibləri müəyyənləşib.

“Ağ-qaralar” 3-cü raundda Türkiyənin “Beşiktaş” komandasını keçsə, “Dinamo” (Kiyev, Ukrayna) – “Aris” (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq. “Neftçi” – “Beşiktaş” cütünün güclüsü ilk görüşünü səfərdə keçirəcək.

“Sabah” isə 3-cü raundda Serbiya klubu “Partizan”ı üstələməyi bacarsa, “Styaua” (Rimıniya) – “Nordsyelland” (Danimarka) duelinin qalibi ilə üz-üzə gələcək. “Sabah” – “Partizan” cütündən üstün ayrılacaq komanda pley-offda ilk görüşünü səfərdə keçirəcək.

Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 24-də, cavab qarşılaşmaları isə bir həftə sonra baş tutacaq.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar