69 yaşında braziliyalı məşhur basketbolçu, 1978-ci il dünya çempionatının bürünc mükafatçısı Oskar Şmidt vəfat edib. Bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, sabiq idmançı bir gün əvvəl özünü pis hiss edib, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
Şmidt ardıcıl olaraq beş Olimpiadada iştirak edib (1980–1996). Onların üçündə turnirin ən məhsuldar oyunçusu olub. O, Olimpiya turnirlərində 1000-dən çox xal toplayan yeganə basketbolçu kimi tarixə düşüb.
1991-ci ildə Beynəlxalq Basketbol Federasiyası (FIBA) tərəfindən tarixdəki ən böyük 50 basketbolçudan biri seçilib. 2010-cu ildə isə FIBA-nın Şöhrət Zalına daxil edilib. O, hücumçu müdafiəçi və yüngül hücumçu mövqelərində çıxış edib.

