İran nümayəndə heyətinin 4 üzvü futbol üzrə dünya çempionatında iştirak etmək üçün ABŞ-a giriş vizasının verilməməsi ilə bağlı apellyasiya şikayətini qazanıb.
Bu barədə BBC məlumat yayıb.
Məlumata görə, əvvəlcə İran nümayəndə heyətinin 15 üzvünə ABŞ vizası verilməsindən imtina olunmuşdu.
Onlardan 10 nəfər qərardan apellyasiya şikayəti verib. Lakin yalnız 4 nəfər müraciət üzrə müsbət cavab ala bilib.
Viza alanlar arasında komandanın texniki heyətində analitik kimi çalışan əməkdaş, eləcə də federasiyanın beynəlxalq əlaqələr şöbəsinin iki əməkdaşı var.
İran Futbol Federasiyasının (FFIRI) prezidenti Mehdi Tac da viza ilə bağlı apellyasiya şikayəti vermişdi. Lakin onun müraciəti təmin edilməyib.

