Türkiyənin məşhur turizm bölgəsi Kapadokyada qaya uçqunu nəticəsində 2 nəfər həyatını itirib, 1 nəfər yaralanıb.
Hadisə oktyabrın 29-da Nevşehir vilayətinin Göreme bölgəsində, Göreme Açıq Hava Muzeyinin girişində baş verib.
Məlumata görə, bölgəyə yağan güclü yağışlardan sonra təbii qaya sütununun bir hissəsi qoparaq insanların olduğu əraziyə düşüb.
Nevşehir valisi Hüseyn Kök hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib. Yaralı xəstəxanaya çatdırılıb.
Əraziyə xilasedicilər, polis, jandarma və təcili tibbi yardım briqadaları cəlb olunub. Hadisə yerində operativ qərargah yaradılıb.
Dağıntılar altında başqa insanların qalıb-qalmadığı araşdırılır. Həyatını itirən şəxslərin kimliyi və vətəndaşlığı barədə hələlik məlumat açıqlanmayıb.







