ABŞ prezidenti Donald Tramp 2027 maliyyə ili üçün müdafiə xərclərinə 1,5 trilyon dollar ayrılması üçün Konqresə müraciət edib.
Bu barədə ABŞ KİV-ləri Ağ Evə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu, son onilliklərdə bu məqsədlə edilən ən böyük maliyyə sorğusudur.
Ağ Ev sənədində göstərilir ki, bu məbləğ 2026-cı illə müqayisədə 445 milyard dollar, yəni 42% daha çoxdur.
Eyni zamanda, Donald Trampın təklifinə Pentaqonun müdafiə ilə bağlı olmayan xərclərinin 10% azaldılması da daxildir.

