ABŞ-ın dövlət borcu tarixi maksimuma çataraq ilk dəfə 39 trilyon dolları ötüb.
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Cəmi bir gün əvvəl göstərici 38,992 trilyon dollar idi və son aylarda borcun artımı sürətlənib.
Məlumata görə, 38 trilyon dollar həddi yalnız ötən ilin oktyabrında keçilmişdi, lakin indi borc demək olar ki, hər gün artır.
Beynəlxalq Valyuta Fondu (BVF) xəbərdarlıq edir ki, 2031-ci ilə qədər ABŞ borcu ÜDM-in 140%-ni keçə bilər.
Ekspertlər bildirir ki, bu səviyyə yalnız ABŞ üçün deyil, qlobal maliyyə sabitliyi üçün də ciddi risk yaradır.
Mütəxəssislər Vaşinqtonu xərcləri azaltmağa və fiskal siyasətdə daha ehtiyatlı olmağa çağırır.

