Maliyyə lizinqi fəaliyyəti üçün lizinq verənlərin reyestrinə daxil edilməyə görə dövlət rüsumunun məbləği müəyyənləşdirilir.
Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub. İclasda “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklər nəzərdən keçirilib.
Layihəyə əsasən, maliyyə lizinqi fəaliyyəti ilə məşğul olmaq üçün lizinq verənlərin reyestrinə daxil edilməyə görə dövlət rüsumu 550 manat məbləğində müəyyən edilir.

