Almaniyanın avtomobil konserni Volkswagen mühərrik istehsalı ilə məşğul olan törəmə müəssisəsini ABŞ şirkətinə satır. Bu barədə Der Spiegel məlumat yayıb.
Nəşrin məlumatına görə, söhbət Everllence şirkətindən gedir. Şirkətin 51 faizlik payının ABŞ-ın investisiya şirkəti Bain Capitala satılması planlaşdırılır.
Sövdələşmənin dəyəri 7,4 milyard avro təşkil edəcək.
Məlumata əsasən, müəssisə hərraca çıxarılıb və Bain Capitalın qalib gəlməsi bir çoxları üçün gözlənilməz olub. İlkin satış qiyməti isə açıqlanmayıb.

