Almaniyanın avtomobil nəhəngi “Volkswagen” 2026-cı ilin sonunadək Almaniyadakı müəssisələrində çalışan işçilərin sayını 19 min nəfər azaltmağı planlaşdırır.
Bu barədə Reuters agentliyi şirkətin baş direktoru Oliver Blumenin çıxışına istinadən məlumat yayıb.
Bildirilib ki, optimallaşdırma proqramı konsernin xərclərin azaldılması və fəaliyyət səmərəliliyinin artırılması üzrə genişmiqyaslı planı çərçivəsində davam etdirilir.
Qeyd olunur ki, şirkət artıq Almaniyada 2030-cu ilədək 28 mindən çox iş yerinin ixtisarını nəzərdə tutan məcburi planı razılaşdırıb. Proqramın icrası müəyyən edilmiş qrafikə uyğun aparılır.
Plana əsasən, 2026-cı ilin sonuna qədər “Volkswagen”in Almaniyadakı müəssisələrində çalışan işçilərin sayı 19 min nəfər azalmalıdır.

