ABŞ-ın neft korporasiyası Chevron və özəl investisiya şirkəti Quantum Energy Partners Rusiyanın sanksiyalar altında olan neft şirkəti "LUKOIL"un xarici aktivlərinin alınması üçün keçiriləcək tenderdə iştirak məqsədilə güclərini birləşdirib.
Denmedia.az xəbər verir ki,Bu barədə Financial Times qəzeti yazır.
Məlumata görə, sözügedən xarici aktivlərin ümumi dəyəri təxminən 22 milyard dollar qiymətləndirilir. Sövdələşmə uğurla başa çatacağı təqdirdə, tərəfdaşlar əldə edilən aktivləri öz aralarında bölüşdürməyi planlaşdırır.
“Chevron və Quantum Energy Partners sanksiyalar altında olan Rusiyanın LUKOIL neft şirkətinin beynəlxalq aktivlərini almaq üçün birləşib. <…> Əgər razılaşma baş tutarsa, "LUKOIL"-un qiymətləndirməsinə əsasən 22 milyard dollar dəyərində olan aktivlər Chevron və Quantum arasında bölüşdürüləcək”, — deyə məlumatda qeyd olunur.

