2018-ci ildə ataları Mixail Xaçatryanın qətli ilə bağlı ittiham olunan Xaçatryan bacıları işi üzrə istintaq yekunlaşıb. Bu barədə РИА Новости-yə mərhumun ailə nümayəndəsi Georgi Çuquaşvili məlumat verib.
Onun sözlərinə görə, artıq iş materialları ilə tanışlıq mərhələsi başa çatıb və yaxın vaxtlarda iş ittiham aktının təsdiqi üçün prokurorluğa göndəriləcək.
“İstintaq tamamlanıb, materiallarla tanışlıq mərhələsi keçilib, yaxın zamanda iş prokurorluğa təqdim olunacaq”
Qeyd edək ki, Xaçatryan bacıları işi geniş ictimai rezonans doğurmuşdu. 2018-ci ildə Krestina, Angelina və Mariya Xaçatryan atalarını öldürməkdə şübhəli bilinərək saxlanılmışdı.
İstintaq zamanı məlum olmuşdu ki, qızlar uzun müddət ərzində ataları tərəfindən zorakılığa və qəddar rəftara məruz qalıblar. Bu faktlar cəmiyyətdə ciddi fikir ayrılığı yaradıb: bir tərəf qızların sərt cəzalandırılmasını tələb edərkən, digər tərəf onların hərəkətlərini zəruri özünümüdafiə kimi qiymətləndirib.
İndi isə son qərarı məhkəmə verəcək.

