Amerika Birləşmiş Ştatlarının Luiziana ştatına bağlı Hammond şəhərində qan donduran “yanlış hədəf” cinayəti baş verib. Düşmənçilik etdikləri şəxslərin izinə düşən silahlı hücumçular, axtardıqları avtomobili itirdikdən sonra tamamilə günahsız bir qadının avtomobilini təqib etməyə başlayıblar.
Daxil olduqları yanacaqdoldurma məntəqəsində avtomobili güllə yağışına tutaraq təxminən 80 dəfə atəş açan şübhəlilər, maşında gözləyən 50 yaşlı Patrisia Şepardı qətlə yetiriblər.
Hadisə ilə heç bir əlaqəsi olmayan günahsız qadının ölümü ölkədə böyük rezonans doğurub.

