Bu gün ulduzlar sakit görünür, amma səssizliyin altında xırda dəyişikliklər qaynayır. Böyük risklər üçün gün deyil — amma kiçik qərarlar gələcək planların istiqamətini dəyişə bilər. Özünü yorma, emosiyalarını idarə et və hər addımı düşünərək at. Günün enerjisi sadəlikdən və balansdan yanadır.
İndi isə bürclərə keçək:
♈ Qoç
Bu gün böyük xərclərdən uzaq durun, əgər əvvəlcədən planlaşdırmayıb və pul ayırmamısınızsa. Axşam saatları romantik görüş üçün idealdır.
♉ Buğa
Sizi xoşagəlməz sürprizlər gözləyə bilər. Özünüzü ələ alın və sakit qalın. Günün ikinci yarısında cəsarət tələb edən söhbət baş tuta bilər.
♊ Əkizlər
Bu gün ilk baxışdan aşiq olmaq ehtimalı var. Amma dərhal ovsunlanmayın — əvvəlcə qarşı tərəfin etibarlı olub-olmadığını yoxlayın. Axşam saatlarında borc pul verməyin.
♋ Xərçəng
Yeni başlanğıclar üçün uğurlu gündür. Uzun zamandır düşündüyünüz işi həyata keçirməyə başlayın. Hətta kiçik addımlar belə sizi ruhlandıracaq.
♌ Şir
İntuisiyanıza güvənin və sizi həqiqətən maraqlandıran işlərə başlayın. Mübahisə və konfliktlərdən uzaq durun, yaxınlarınıza öz fikirlərində qalmaq imkanı verin.
♍ Qız
Qarşınızda çətin seçim dayana bilər — ideyalarınızı kiminlə reallaşdırmaq barədə qərar verməlisiniz. Axşam saatlarında maraqlı tanışlıq mümkündür.
♎ Tərəzi
Səhərdən etibarən stressli vəziyyətlər sizi müşayiət edə bilər. Axşam özünüzə vaxt ayırın — hobbi və ya xoş görüş planlaşdırın.
♏ Əqrəb
Keçmişlə bağlı xoşagəlməz xatirələr sizi narahat edə bilər. Yeni biliklər öyrənin və ətrafınızdakılara qarşı daha səbirli olun.
♐ Oxatan
Gün emosional baxımdan gərgin keçə bilər. Ümidsizliyə qapılmayın — belə etsəniz, hər şey yaxşı nəticələnəcək. Şəxsi münasibətlərdə isə bir qədər fasilə vermək faydalıdır.
♑ Oğlaq
Düşüncələriniz gəliri artırmaq yolları üzərində cəmlənəcək. Bütün variantları nəzərdən keçirin, amma riskli ideyaları dərhal həyata keçirməyə tələsməyin.
♒ Dolça
Bu gün qumar və maliyyə avantüralarından uzaq durmaq daha yaxşıdır. Lazımsız alış-verişə çox pul xərcləmək riski var.
♓ Balıqlar
Çətinlikləri təbbəssümlə qarşılayın — neqativ əhval-ruhiyyəni dəyişə biləcəksiniz. Günün ikinci yarısında dostlarla görüş və ya romantik axşam planlaşdırın.

