Kəskin temperatur dəyişiklikləri infarktı tətikləyə bilər. Bu barədə “Podmoskovye segodnya” nəşrinə Moskva vilayətinin əməkdar səhiyyə işçisi, Domodedovo Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Andrey Osipov məlumat verib.
Onun sözlərinə görə, qar yağışı fonunda Moskva və ətrafında bu cür halların sayı iki dəfə artıb.
Yazın ortasında temperaturun kəskin dəyişməsi orqanizmə mənfi təsir göstərir.
Həkim izah edib ki, atmosfer təzyiqinin dəyişməsi damarların spazmına və ya qəfil genişlənməsinə səbəb ola bilər.
Bu proseslər isə miokard infarktı riskini artırır.
Osipov əlavə edib ki, belə hava şəraiti immun sistemini də zəiflədir.
Xüsusilə xroniki tənəffüs yolu xəstəlikləri olan şəxslərə soyumaqdan çəkinmək tövsiyə olunur.
Onun sözlərinə görə, əks halda bu, ciddi fəsadlara gətirib çıxara bilər.

