Ağciyərlərdə təngnəfəslik, tez yorulma və ödem – bunlar sadəcə yaşlanma əlaməti deyil, ürək xəstəliklərindən xəbər verə bilər. Bunu Regions nəşrinə Rusiyanın Əməkdar həkimi, Domodedovo xəstəxanasının baş həkimi Andrey Osipov bildirib.
Həkimin sözlərinə görə, bu əlamətlər adətən tək olmur: üst-üstə düşərək narahatedici mənzərə yaradır.
Əgər iki-üç belə simptom varsa – həkimə müraciəti təxirə salmaq olmaz.
O, vaxtında reaksiya verməyin həyat qurtara biləcəyini deyib, təzyiqi mütəmadi ölçməyi və illik müayinəni vacib adlandırıb.

