Mağazalarda satılan hazır ət və kolbasa dilimləri sağlamlıq üçün təhlükə yarada bilər.
Bu barədə Lenta.ru-ya açıqlamasında nutricioloq Viktoriya Kostrova xəbərdarlıq edib.
Onun sözlərinə görə, mağazada yerində dilimlənən məhsullar bağırsaq çöpü, stafilokok və listeriya kimi təhlükəli bakteriyaların çoxalması üçün əlverişli mühitə çevrilə bilər.

Mağazada qablaşdırılan dilimlənmiş məhsullar əsl bakterioloji lotereyadır. Əsas təhlükə dilimləmə aparatında — slayserdə gizlənir. Gün ərzində eyni bıçaqla onlarla növ kolbasa və pendir doğranıla bilər. Slayserlər isə demək olar ki, hər məhsuldan sonra lazımi qaydada dezinfeksiya olunmur. Nəticədə bakteriyalarla ciddi çarpaz çirklənmə baş verir,— deyə Kostrova bildirib.
Mütəxəssis qeyd edib ki, mağazalar bəzən son istifadə müddəti bitməyə yaxın olan kolbasaları da dilimlənmiş məhsul kimi satışa çıxarır. Bundan başqa, ticarət zallarında temperatur rejiminin pozulması da məhsulların təzəliyinə mənfi təsir göstərə bilər.

Onun sözlərinə görə, zavod şəraitində vakuum qablaşdırmada satılan dilimlənmiş məhsullar sanitariya baxımından daha təhlükəsiz görünsə də, bu seçim də bəzi qidalanma riskləri yarada bilər.
Mütəxəssislər alıcılara belə məhsulları seçərkən son istifadə tarixinə, qablaşdırmanın bütövlüyünə, saxlanma temperaturuna və məhsulun görünüşünə diqqət etməyi tövsiyə edirlər.

