Bir çox insan hər gün “faydalı” və ya “təbii” etiketi ilə satılan məhsulları alaraq qidalanmasını yaxşılaşdırmağa çalışır. Lakin qidalanma mütəxəssisləri xəbərdarlıq edir ki, bu məhsulların böyük hissəsi nəinki fayda vermir, əksinə, orqanizmə ciddi zərər vurur.
Mütəxəssislərin sözlərinə görə, xüsusilə fresh şirələri maddələr mübadiləsi üçün ən təhlükəli içkilərdən hesab olunur.
Şirə sıxılan zaman həzm sistemi və şəkərin mənimsənilməsinin ləngiməsi üçün vacib olan lif tamamilə yox olur.
Bu, yüksək fruktoza səbəbindən qaraciyərə vurulan ən güclü zərbədir. Lif olmadıqda fruktoza dərhal piyə çevrilir və qarınla yan nahiyələrdə toplanır, — deyə mütəxəssislər bildirirlər.
Onların sözlərinə görə, bu vərdiş uzunmüddətli perspektivdə piylənmə və orqanizmin fəaliyyətində pozuntular yaradır.
Bir çox insanın səhəri qəhvə və kolbasa ilə ağ çörəkdən ibarət sürətli səhər yeməyi ilə başlayır. Lakin mütəxəssislər bu kombinasiyanı mədə-bağırsaq sistemi üçün təhlükəli hesab edirlər.
Bildirilib ki, belə səhər yeməyi qastrit və mədə problemlərindən başqa heç nə vermir. “Ayaqüstü” içilən qəhvə isə sinir sistemində pozuntular yarada bilər.

Alimlər dəfələrlə sübut ediblər ki, kolbasa məhsullarında faydalı ət demək olar yoxdur. Bu məhsullar xərçəng riskini artırdığı üçün rəsmi şəkildə ən zərərli qidalar siyahısına daxil edilib.
Kolbasa ilə bişirilən və həddindən artıq qızardılan yumurta orqanizmə ikiqat kanserogen təsir göstərir, — deyə ekspertlər xəbərdarlıq edirlər.
Mütəxəssislər bildirirlər ki, içlikli yoqurtlar da “sağlam qəlyanaltı” kimi təqdim olunsa da, əslində insan orqanizminə böyük miqdarda şəkər və zərərli yağ ötürür.
Bu cür qidalanma iltihab proseslərinə, piylənməyə və onkoloji xəstəlik riskinin artmasına səbəb ola bilər.
Antireytinqin sonunda isə meyvə və şirə əlavəli tez hazırlanan yulaf sıyığı yer alır.
Sağlam görüntü yaratsa da, bu məhsul əsasən karbohidratlardan ibarətdir.
Bu, insulinin ani yüksəlməsinə, daha sonra isə yuxululuğa səbəb olur. Uzun müddətdə isə belə qidalanma piylənmə, ürək problemləri və daxili orqanların fəaliyyətində ciddi pozuntular yaradır, — deyə mütəxəssislər qeyd edirlər.

