18 karatlıq qızıldan hazırlanmış, çəkisi 100 kiloqramdan çox olan məşhur “Amerika” unitazı Sotheby’s hərracında 12 milyon dollardan baha qiymətə satılıb. Bu barədə məlumat auksion evinin rəsmi saytında yerləşdirilib, DenMedia.az xəbər verir.
«Lot satıldı… 12 110 000 ABŞ dolları»,
— deyə hərrac nəticələrində qeyd olunub.
İtalyan konseptual rəssam Mauritsio Katellana məxsus olan bu installyasiya tam funksional unitazdır və 101,2 kiloqram saf qızıldan hazırlanıb. Dünyada belə cəmi iki ədəd nümunə mövcuddur.
Onlardan biri 2019-cu ilin sentyabrında Böyük Britaniyanın Blenheim sarayında nümayiş etdirildiyi zaman oğurlanmışdı. Maraqlıdır ki, eksponat sərgi çərçivəsində ziyarətçilərin tam istifadəsinə açıq idi.

