Sotheby’s hərrac evi Fransa imperatoru Napoleon I Bonaparta məxsus nadir brilyant broşun satışa çıxarılacağını elan edib. Bu barədə Bloomberg məlumat yayıb.
Zərgərlik əsəri Vaterloo döyüşündən sonra tapılıb və qiymətinin 150–250 min ABŞ dolları arasında olacağı gözlənilir.
Mütəxəssislərin ehtimalına görə, broş Napoleonun 1815-ci ildə məğlubiyyətdən sonra geri çəkilərkən tərk etdiyi əşyalar arasında olub. Daha sonra o, Prussiya kralı III Fridrix Vilhelmin əlinə keçib və əsrlər boyu Hohenzollernlər sülaləsinin ailə kolleksiyasında saxlanılıb. Başqa bir versiyaya əsasən, broş 1810-cu ildə Paris atelyelərindən birində hazırlanıb.
Son illər bu nadir əşya xüsusi kolleksiyada qorunub.
Broşun mərkəzində 13 karatdan artıq çəkisi olan oval brilyant, ətrafında isə müxtəlif formalı və ölçülü təxminən yüz almaz yerləşir.
Hərrac 12 noyabrda Cenevrədə keçiriləcək.


