Rejissor Maykl Bey İranda qəzaya uğrayan iki amerikalı hərbçinin xilas edilməsi əməliyyatı əsasında bədii film çəkəcək.
Bu barədə The Guardian məlumat yayıb.
Məlumata görə, “Transformerlər” və “Armageddon” filmlərinin rejissoru olan Maykl Bey yeni layihəni Universal Pictures ilə birlikdə ərsəyə gətirəcək.

Deadline nəşrinin məlumatına əsasən, film yazıçı Mitçell Zukoffun 2027-ci ildə işıq üzü görəcək kitabı əsasında çəkiləcək.
Hadisə aprel ayında baş verib. İki pilot onların qırıcısı vurulduqdan sonra təxliyə olunub. ABŞ Prezidenti Donald Tramp bu əməliyyatı “ABŞ tarixində ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından biri” adlandırıb.
Maykl Bey bildirib ki, gələcək film amerikalı hərbçilərin əsl qəhrəmanlığına və fədakarlığına ehtiram olacaq.

