Abşeronda 400 ailənin yaşadığı binanın gecə saatlarında işığı kəsilib.
Den.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində “Viktoriya MTK”-nın 4 yaşayış binasında baş verib.
Sakinlər iddia edirlər ki, onların yaşadığı binaya verilən işıq qəsdən kəsdirilib. Bu edən şəxs isə MTK-nın sədri Azər Bünyadzadədir. O,sakinlər tərəfindən işıqpulu ödənişi olunmasına baxmayaraq vəsaitlərin Azərişığın balansına keçirməyib. Üstəlik bunu etməklə binlarda kommunal ödənişləri qaldırmaq niyyətindədir. Sakinlər isə hazırda işığa borcların olmadığını və buna görə vaxtı vaxtında ödənişlərini Viktoriya MTK-ya köçürdüklərini bildirirlər.
Binanın həyətində çəkiliş edildiyini görən MTK rəhbərliyi hadisə yerinə dərhal gəlir və mövcud məsələdən xəbərsiz olduğunu deyir.
Ancaq çox keçmir ki, binaya işığın verilməsi bərpa edilir. Ancaq sakinlər bu vəziyyətin təkrar baş verdiyi təqdirdə aidiyyatı qurumlara müraciət edəcəklərini bildirirlər.
Masazırda “Viktoriya MTK” rəhbərliyi gecə saatlarında 400 ailənin işiğını kəsdi: DAVA DÜŞDÜ-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.