Bakının Yasamal rayonunun bir sıra ərazilərində oktyabrın 1-də elektrik enerjisinin verilişinə müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
“Azərişıq” ASC-dən verilən məlumata görə, buna Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən transformator məntəqələrində aparılacaq təmir işləri səbəb olub.
Elektrik enerjisinin verilişi saat 10:00-dan 13:00-dək aşağıdakı ərazilərdə məhdudlaşdırılacaq:
Bəxtiyar Vahabzadə, Məhəmməd Hüseyn Şəhriyar, Süleyman Dadaşov və Şəfayət Mehdiyev küçələri, həmçinin İkinci Alatava yaşayış massivinin bir hissəsi.
“Azərişıq” bildirir ki, işlər elektrik təchizatının keyfiyyətinin artırılması və şəbəkədə artan yük tələbatının qarşılanması məqsədilə həyata keçirilir.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilərdə elektrik enerjisinin verilişi bərpa ediləcək.

