Bakının Yasamal rayonunun bir sıra ərazilərində bu gün elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Denmedia.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən transformator məntəqəsində təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Süleyman Dadaşov və Zahid Xəlilov küçələrində, Hüseyn Cavid prospektində, eləcə də Yeni Yasamal 2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
“Azərişıq” ASC-dən bildirilib ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

