fev
2024
19:25
110

Şəkidə maşınlar toqquşdu, 2 nəfər xəsarət aldı

6 fev, 2024
19:25
110

Şəkidə maşınlar toqquşdu, 2 nəfər xəsarət aldı

Şəkidə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Den.az”-ın məlumatına görə, qəza Şəki-Qax avtomobil yolunun Qoxmuq kənd ərazisindən keçən hissəsində olub.

Hərəkətdə olan “Mercedes” və “Hyundai” markalı minik avtomobilləri toqquşub.

Nəticədə iki nəfər, 1995-ci il təvəllüdlü Samir Şamil oğlu İsmayılov və 1949-cu il təvəllüdlü Çingiz Kamal oğlu Səmədov aldığı bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar